Alkantara La Liqa klubunun baş məşqçi olmaq təklifinə “yox” deyib

“Barselona”dakı çıxışı ilə tanın sabiq futbolçu Tiaqo Alkantara müstəqil məşqçi kimi fəaliyyətə başlamağa tələsmir. O, hazırda “Barselona”da Hans-Diter Flikin məşqçilər heyətində çalışır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, La Liqanın autsayderi “Levante” Tiaqoya baş məşqçi vəzifəsini təklif edib. Ancaq ispaniyalı mütəxəssis həmin təklifi qəbul etməyərək, kluba “yox” cavabı verib.

Cari mövsümdə 15 turdan sonra 9 xal toplayan “Levante” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

34 yaşlı Alkantara bu ilin sentyabrında “Barselona”ya qayıdıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button