Nesta İtaliya klubunda

“Milan”ın sabiq futbolçusu Alessandro Nestanın yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 43 yaşlı mütəxəssis “Frozinone” klubunda baş məşqçi postuna təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Nesta ilə 2 illik müqavilə imzalanıb.

2002-2012-ci illər aralığında “Milan”da çıxış edən Nesta, 2015-ci ildə karyerasını bitirib. Nesta daha əvvəl baş məşqçi kimi “Mayami” və “Peruca” klublarında işləyib.

“Frozinone” son mövsümdə İtaliya A Seriyasını 19-cu sırada bitirərək, elita ilə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button