Alaba “Mançester Siti” ilə oyunu buraxa bilər

“Real”ın müdafiəçisi David Alaba Çempionlar Liqasının yarımfinalında “Mançester Siti” ilə cavab matçını buraxa bilər.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 29 yaşlı futbolçu Madrid təmsilçisinin son məşqini buraxıb. Onun zədə səbəbindən MS ilə matçda iştirak edə bilməyəcəyi ehtimalı var.

Çempionlar Liqasının yarımfinal mərhələsinin “Real” – “Mançester Siti” oyunu sabah saat 23:00-da, başlayacaq. İlk oyunda “Mançester Siti” 4:3 hesabı ilə qalib gəlib.