
Niderlandlı futbolçu “Mançester Siti”dən ayrılmaqda israrlıdır
“Mançester Siti”nin müdafiəçisi Natan Ake “Bornmut”un transfer siyahısına daxil edilib.
Komanda.az “Krrish”-ə istinadən xəbər verir ki, klub yanvar transfer pəncərəsində Akeni heyətinə qatmaqda maraqlıdır. Hazırda tərəflər arasında daha çox qısamüddətli icarə variantı müzakirə olunur.
Niderlandlı futbolçu “Mançester Siti”dəki mövcud vəziyyətindən narazıdır və klubdan ayrılmaqda israrlıdır. O, qarşıdakı dünya çempionatına optimal formada hazırlaşmaq üçün mövsümün sonuna qədər mütəmadi oyun praktikası əldə etmək istəyir.
Ake ilə “Atletiko”, “Barselona” və Premyer Liqadan bir neçə klub da maraqlanır. Ancaq hazırda “Bornmut” onun üçün ən real seçim hesab olunur.
30 yaşlı müdafiəçi cari mövsümdə bütün turnirlərdə 16 oyunda meydana çıxıb. O, daha əvvəl bildirmişdi ki, oyun praktikası olmadan baş məşqçi Ronald Kumanın onu Niderland millisinə çağırması çətinləşir.
Bizi Facebook-da izləyin



