“İndi sakitik, yuxusuz gecələrimiz yoxdur” – “Mançester Siti”nin müdafiəçisi

“Mançester Siti”nin müdafiəçisi Manuel Akanji İngiltərə Premyer Liqasında çempionluq yarışının nəticəsi ilə bağlı gözləntilərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçrəli futbolçu sonda maksimum xal toplayaraq, Premyer Liqa çempionu olacaqlarına ümid etdiyini bildirib:

“Hər şey yaxşıdır, hələ xallar qazanmaq üçün çoxlu oyunumuz var. Mövsümün sonuna qədər çox şey ola bilər. Ümid edirik ki, sonda maksimum xal toplayaraq Premyer Liqa çempionu olacağıq. İndi sakitik, yuxusuz gecələrimiz yoxdur “.

Xosep Qvardiolanın komandası mövsümün bitməsinə 7 tur qalmış birinci yerdən 1 xal geri qalır.

28 yaşlı Akanji İngiltərə Premyer Liqasının cari mövsümündə 2 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button