Silvanın İspaniya klubuna keçidi üçün danışıqlar sürətləndirilib

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanın agenti Jorje Mendeş futbolçunun “Barselona”ya keçidi üçün danışıqları sürətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yaxın günlərdə tərəflər arasında mümkün əməkdaşlıqla bağlı konkret müzakirələrə start veriləcək.

Daha əvvəl bildirilmişdi ki, portuqaliyalı oyunçu cari mövsüm başa çatdıqdan sonra “Mançester Siti” ilə yollarını azad agent kimi ayıracaq.

31 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla 48 oyunda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button