Aftandil Hacıyev BATE-nin məşqində – FOTO

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edərək Belarusa səfərə yollanıb.

Komanda.az xəbər verir ki, o, BATE (Borisov) komandasının məşqini izləyib.

Qeyd edək ki, BATE komandasının baş məşqçisi Aleksey Baqa və Aftandil Hacıyev UEFA Pro lisenziya kursunda birgə təhsil alıb. Hacıyev həmkarına “Səbail”in formasını hədiyyə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button