Afrika Millətlər Kuboku: Qrup mərhələsinin ən yaxşı məşqçisi açıqlanıb

Seneqal millisinin baş məşqçisi Aliu Sisse Afrika Millətlər Kubokunun qrup mərhələsinin ən yaxşı məşqçisi seçilib.

Komanda.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssisin rəhbərliyi altında Seneqal yığması turnirin qrup mərhələsinin hər üç oyununda qalib gəlib. Seneqal yığması ümumilikdə 8 qol vurub, 1 qol buraxıb.

Sissenin komandası 1/8 finalda Fil Dişi Sahili yığması ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button