AFFA rəsmisindən işıqları kəsilən stadionla bağlı AÇIQLAMA

AFFA-nın nəzdində olan Ağsu şəhər stadionu ilə bağlı şikayətlərin olduğunu xəbər vermişdik. Bir aya yaxındır ki, stadionda işıqlandırma yoxdur, arenanın işıqları kəsilib. Bu isə gecələr stadion ərazisində yürüyüşə çıxan şəhər sakinlərinin narazılığına səbəb olub.

Komanda.az məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxlayıb. Federasiya rəsmisi yaxın zamanda problemin həllini tapacağını bildirib:

“Stadionda transfarmatorda avadanlıqda nasazlıq yaranıb. İşıq təchizatı bu nasazlıqla riskli olduğundan, işığın verilməsi kəsilib. Hazırda nasazlığın aradan qaldırılması istiqamətində iş gedir. Hardasa bir həftəyə, on günə məsələ həll olunmalıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button