AFFA-nın əməkdaşı UEFA-dan sertifikat alıb

UEFA AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin maliyyə meyarları üzrə meneceri Bəhram Dadaşovu təltif edib.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Niderlandın paytaxtı Amsterdamda UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda keçirilmiş seminarında sertifikat alıb.

Seminar zamanı Niderlandda lisenziyalaşdırma sisteminin inkişafı, klubların lisenziyalaşdırılması və maliyyə dayanıqlığı qaydalarında yeniliklər, lisenziar olan milli assosiasiyaların sertifikasiyası, UEFA lisenziyalaşdırma üzrə illik hesabatı, lisenziar və lisenziya iddiaçısı arasında kommunikasiyalar, UEFA-nın milli assosiasiyalar arasında təcrübə mübadiləsi proqramı, qadın futbolu, klubların lisenziyalaşdırılması və başqa məsələlər müzakirə olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button