AFFA Hakimlər Komitəsi “Karvan-Yevlax” üçün seminar keçirdi

AFFA Hakimlər Komitəsi “Karvan-Yevlax”ın məşqçi və futbolçu heyəti üçün seminar təşkil edib.

Bölgə təmsilçisindən Komanda.az-a verilən məlumata görə, komitə üzvü Ceyhun Haşımov kollektivi oyun qaydalarındakı yeniliklərlə tanış edib.

O, vaxt itkisinin bərpası, oyundankənar vəziyyət, oyunun bərpasının gecikdirilməsi, geyim standartları barədə ətraflı məlumat verib.

Seminarın ikinci hissəsində müxtəlif qarşılaşmalardan seçilmiş epizodlar müzakirə olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button