AFFA hakimlərə kompensasiya ödəyəcək

AFFA 2019-cu ilin yayından hakimlik edən şəxslərə koronavirus pandemiyası üzündən yaranmış vəziyyətlə əlaqədar kompensasiya ödəyəcək.

Komanda.az xəbər verir ki, bunu AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin avstriyalı sədri Frits Ştuxlik ölkəsinin mətbuatına açıqlamasında deyib.

O bildirib ki, bu, oyun idarə etməyən referilərə də şamil olunacaq: “Çempionatların dayanması onların günahı deyil. Vəziyyətlə bağlı dövlət onlara dəstək olur. Bu isə o deməkdi ki, vergi ödəyən hamı və futbol assosiasiyasından mükafat alan hər kəs dövlətin dəstəyini alır”.

Qeyd edək ki, Azərbaycanda çempionatlar martın 13-də dayandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button