AFFA-da “Antidopinq maarifləndirmə” mövzusunda seminar

AFFA-nın inzibati binasında seminar keçirilib.

Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, seminar AFFA və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə Azərbaycan Premyer Liqasında mübarizə aparan komandalar və onların əvəzediciləri, o cümlədən I Liqa klublarının tibb heyətləri üçün “Antidopinq maarifləndirmə” mövzusunda baş tutub.

Tədbirdə AMADA-nın antidopinq məsələləri üzrə nümayəndəsi ilə AFFA-nın həkimi və dopinq nəzarəti üzrə kuratoru Olcay Bayramov çıxış ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button