Advokat DÇ-2026-ya vəsiqə qazandırdığı millidən ayrıldı – Qızına görə

Tanınmış niderlandlı mütəxəssis Dik Advokat qızının ciddi sağlamlıq problemləri səbəbindən Kurasao millisinin baş məşqçisi vəzifəsindən istefa verib.

Komanda.az xəbər verir ki, bu barədə Kurasao millisinin mətbuat xidməti “X” sosial media platformasında məlumat yayıb.

78 yaşlı Advokat 2024-cü ildən Kurasao yığmasını çalışdırırdı. Onun rəhbərliyi altında komanda bu yay ABŞ, Meksika və Kanadada keçiriləcək 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button