
AÇ: Azərbaycan yığması ilk matçda məğlub oldu
16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Kosovanın paytaxtı Priştinadakı Avropa çempionatında ilk oyununu keçirib.
Komanda.az xəbər verir ki, yığmamız C divizionunun B qrupunda Kipr kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan komandasının məğlubiyyəti ilə bitib – 51:65.
Milli növbəti matçını iyulun 21-də Ermənistana qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



