AÇ-2024: UEFA iştirakçı ölkələrə ödənişin məbləğini açıqladı

UEFA 2024-cü ildə keçiriləcək Avropa çempionatında iştirak edəcək assosiasiyalara 331 milyon avro ayıracaq.

Komanda.az xəbər verir ki, bu barədə qurumun xəzinədarı Devid Xill UEFA-nın Konqresində 2023/24 mövsümü üçün büdcənin təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, AÇ-2024-dən proqnozlaşdırılan gəlir 2 milyard 409 milyon avro təşkil edir. Bu, son Avropa çempionatı ilə müqayisədə 28 faiz çoxdur. 331 milyon avro iştirakçı assosiasiyalar arasında bölüşdürüləcək. UEFA-nın gəliri 2023/24 mövsümü üzrə 6 milyard 687 milyon avro proqnozlaşdırılır.

AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button