AÇ-2024: Seçmə mərhələnin ən yaxşı qolu bəlli oldu

AÇ-2024-ün seçmə mərhələsinin ən yaxşı qolu müəyyənləşib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Qazaxıstan millisinin futbolçusu Asxat Taqıberqenin 2-ci turda Danimarka ilə görüşdə vurduğu qol azarkeşlər tərəfindən ən yaxşı seçilib.

Yarımmüdafiəçi komandasının öz meydanında 3:2 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 86-cı dəqiqəsində cərimə meydançası kənarından qüvvətli zərbə ilə rəqibi məyus edib.

O, azərbaycanlı Emin Mahmudov, albaniyalı Kristian Aslani ilə Yasir Asani, ingiltərəli Bukayo Saka, sloveniyalı Yan Vipotnik, fransalı Kilian Mbappe, belçikalı Leandro Trossard, lixtenşteynli Sandro Volfinger və türkiyəli Yunus Akgündən çox səs toplayıb.

Azərbaycan millisinin kapitanı Emin Mahmudovun İsveçlə Bakıdakı qarşılaşmada (3:0) meydanın mərkəzindən vurduğu top 9-cu turun ən yaxşı qolu seçilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button