Azərbaycan millisi AÇ-2024-ə bərbad oyun, bərbad nəticə ilə başladı

Futbol üzrə Azərbaycan milli komandası bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində ilk matçına çıxıb.

Komanda.az xəbər verir ki, yığmamız yeni tsiklin ilk matçını səfərdə keçirib.

Canni De Byazinin yetirmələri Avstriya yığmasının qonağı olub. “Rayffayzen Arena”da baş tutan matçı Polşadan olan hakimlər idarə ediblər.

Komandamız seçmə mərhələyə uğurlu başlamaq üçün Linsdəki matçda ən azı uduzmamağı hədəfləmişdi. Amma beş qolun qeydə alındığı matçda yığmamız böyük hesabla məğlub olub.

AÇ-2024-ün seçmə mərhələsi
F qrupu

24 mart

Avstriya – Azərbaycan 4:1
Qol: M.Zabitser, 28; 50. M.Qreqoriç, 29. K.Baumqartner, 69 – E.Mahmudov, 64.
Hakimlər: Bartoş Frankovski, Marçin Boniek, Yakub Vinkler, Pavel Raçkovski.
AVAR: Kşiştof Mirmus.
Dördüncü hakim: Damian Kos.
Lins. “Rayffayzen Arena”.

Avstriya: 1. Haynts Lindner 2. Maksimilian Vöber, 3. Kevin Danso, 6. Nikolas Seyvald, 9. Marsel Zabitser (k), 11. Mixael Qreqoriç, 16. Filipp Muene, 19. Kristof Baumqartner, 20. Konrad Laymer, 21. Patrik Vimmer, 23. Gernot Trauner.
Ehtiyat oyunçular: 12. Patrik Pents, 13. Niklas Hedl, 4. Yonas Auer, 5. Stefan Poş, 7. Romano Şmid, 8. Andreas Ulmer, 10. Andreas Veymann, 14. Deyan Lyubiçiç, 15. Flavius Danilyuk, 17. Florian Kaynts, 18. Kərim Onisivo, 22. Junior Adamu.
Baş məşqçi: Ralf Ranqnik.
Azərbaycan: 12. Yusif İmanov, 3. Elvin Cəfərquliyev. 4. Bəhlul Mustafazadə. 6. Höccət Haqverdi. 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev 14. Eddi İsrafilov, 15. Bəxtiyar Həsənalızadə, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Azər Əliyev, 5. Cəlal Hüseynov, 7. Namik Ələskərov, 10. Aleksey İsayev, 13. Tellur Mütəllimov, 16. Elvin Camalov, 17. Tural Bayramov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı.
Baş məşqçi: Canni De Byazi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button