Uels millisi AÇ-2020-də!

Bu gün AÇ-2020-nin seçmə mərhələsinin sonuncu – 10-cu turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib.

B qrupunda yer alan Portuqaliya millisi səfərdə Lüksemburqun qonağı olub. Portuqallar bu qarşılaşmada qələbə qazanacağı halda, AÇ-2020-nin əsas mərhələsinə vəsiqə qazanacaqdı. İki cavabsız qol vuran Portuqaliya millisi bu istəyinə çatıb. Qrupun digər oyununda Serbiya Ukrayna ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu qarşılaşmada isə qalib müəyyənləşməyib.

Final mərhələsinə vəsiqəni üç gün öncə əldə edən Çexiya səfərdə Bolqarıstana uduzub. Bu, bolqarların seçmə mərhələdə ilk qələbəsi olub. Nəticədə, sözügedən komanda sonuncu pilləni tərk edib.

H qrupunda Fransa Albaniyanın, Türkiyə isə Andorranın qonağı olub. Hər iki oyunda qonaqlar inamlı qələbəyə seviniblər. Moldova isə doğma meydanda İslandiyaya uduzub.

Dünən daha 8 qarşılaşma keçirilib. F qrupunda İspaniya milli komandası Rumıniyanı, İsveç isə Maltanı qəbul edib. Hər iki oyunda meydan sahibləri darmadağına seviniblər.

J qrupunda Yunanıstan Finlandiya, İtaliya isə Ermənistanla üz-üzə gəlib. Yunanlar çətin qələbə qazandıqları halda, italyanlar erməniləri biabır ediblər.

D qrupunda final mərhələsinə hər iki vəsiqənin sahibi son turda bəlli olub. Autsayder Cəbəllütariqə böyük hesabla qalıb gələn İsveçrə 1-ci yerlə AÇ-2020-yə vəsiqəni təmin edib. İrlandiya ilə səfər matçında 1 xal qazanan Danimarka 1-ci yeri əldən versə də, final mərhələsinə vəsiqə qazanıb.

Bu gün keçirilən 10 qarşılaşma ilə AÇ-2020-nin seçmə mərhələsi tam yekunlaşıb.

Azərbaycan millisi də E qrupu çərçivəsində son oyununu keçirib. Yığma Slovakiya millisi ilə üz-üzə gəlib və məğlubiyyətlə üzləşib. Qrupun digər matçında Uels Macarıstanı qəbul edib və inamlı qələbə sayəsində AÇ-2020-yə vəsiqə qazanıb.

I qrupunda Belçika Kipri, Rusiya isə San Marinonu sınağa çəkib və darmadağına seviniblər.

AÇ-2020, seçmə mərhələ, 10-cu tur

17 noyabr

B qrupu

Lüksemburq – Portuqaliya 0:2
Qol
: B.Fernandes, 39. Ronaldo, 86.

Serbiya – Ukrayna 2:2
Qol
: Tadiç, 9. Mitroviç, 56 – Yaremçuk, 32. Besyedin, 90+3.

A qrupu

Bolqarıstan – Çexiya 1:0
Qol
: Bojikov, 56.

Kosovo – İngiltərə 0:4
Qol
: Vinks, 32. H.Keyn, 79. Reşford, 83. Mount, 90+1

H qrupu

Andorra – Türkiyə 0:2
Qol
: E.Ünal, 17; 21-pen.

Albaniya – Fransa 0:2
Qol
: Tolisso, 9; Qrizmann, 30.

Moldova – İslandiya 1:2
Qol
: Milinçeanu, 56 – Byarnason, 17. Siqurdsson, 65.

18 noyabr

D qrupu

Cəbəllütariq – İsveçrə 1:6
Qol
: Stixe, 74 – İtten, 10; 84. Varqas, 50. Fassnaxt, 57. Benito, 75. Caka, 86.

İrlandiya – Danimarka 1:1
Qol
: Doherti, 85 – Breytveyt, 73.

J qrupu

Yunanıstan – Finlandiya 2:1
Qol
: Mantalos, 47. Qalanopulos, 70 – Pukki, 27.

İtaliya – Ermənistan 9:1
Qol
: İmmobile, 8; 33. Zaniolo, 9; 64. Barella, 29. Romanyoli, 72. Jorjinyo, 75-pen. Orsolini, 78. Kyeza, 81 – Babayan, 79.

Lixtenşteyn – Bosniya və Herseqovina 0:3
Qol
: Çiviç, 57. Hodziç, 64; 72.

F qrupu

İspaniya – Rumıniya 5:0
Qol
: F.Ruis, 8. Moreno, 33; 43. Rus, 45+1-öz qapısına. Oyarzabal, 90+2.

İsveç – Farer adaları 3:0
Qol
: Andersson, 29. Svanberq, 72. Qvidetti, 80.

Malta – Norveç 1:2
Qol
: Fenex, 40 – Kinq, 7. Sorlot, 62.

19 noyabr

E qrupu

Slovakiya – Azərbaycan 2:0
Qol
: Bojenik, 19. Hamşik, 86.

Uels – Macarıstan 2:0
Qol
: Remzi, 15; 47.

I qrupu

Belçika – Kipr 6:1
Qol
: Benteke, 16; 68. De Breyne, 36; 41. Karrasko, 44 – Kristoforu, 51-öz qapısına – İoannu, 14.

San Marino – Rusiya 0:5
Qol
: Kuzyayev, 3. Petrov, 19. Mirançuk, 49. İonov, 56. Komliçenko, 78

Şotlandiya – Qazaxıstan 3:1
Qol
: Makqinn, 48; 90+1. Neysmit, 64 – Zaynutdinov, 34

G qrupu

Polşa – Sloveniya 3:2
Qol
: Şimanski, 3. Levandovski, 54. Qoralski, 81 – Matavs, 14. İliçiç, 61.

Şimali Makedoniya – İsrail 1:0
Qol
: Nikolov, 45+2.

Latviya – Avstriya 1:0
Qol
: Oss, 65.

C qrupu

Almaniya – Şimali İrlandiya 6:1
Qol
: Qnabri, 19; 47; 60. Qoretska, 43; 73. Brandt, 90+1 – Smit, 7.

Hollandiya – Estoniya 5:0
Qol
: Veynaldum, 6; 66; 79. Ake, 19. Boadu, 87.

Bombardir: Harri Keyn (İngiltərə) – 12 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button