Kapitan millinin heyətindən çıxarıldı

AÇ-2020-nin seçmə mərhələsində Ermənistan və Finlandiya ilə qarşılaşacaq İtaliya millisinin heyətində dəyişiklik edilib.

Komanda.az xəbər verir ki, yığmanın kapitanı Corco Kyellini zədə səbəbindən heyətdən çıxarılıb. Bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Kyellinin yerinə milliyə “Latsio”dan Françesko Açerbi çağırılıb.

İtaliya millisi sentyabrın 5-də Ermənistan, 8-də isə Finlandiya ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button