AÇ-2020: Modriç ən yaxşı elan olundu

AÇ-2020-nin D qrupu çərçivəsində keçirilən Xorvatiya – Çexiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 35 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının məğlubiyyətdən xilas olmasında və 1 xal qazanmasında pay sahiblərindən biri olub.

Qeyd edək ki, Luka Modriç hazırda İspaniyanın “Real” klubunun formasını geyinir. O, Xorvatiya yığmasında ən çox oyun keçirmiş futbolçudur.