AÇ-2020: “Atalanta”nın futbolçusu ən yaxşı seçildi

AÇ-2020-nin B qrupu çərçivəsində keçirilən Finlandiya – Rusiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, Rusiya yığmasının hücumçusu Aleksey Mirançuk bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu bu matçda komandasının qələbə qazanmasında əsas pay sahiblərindən biri olub. Belə ki, Rusiya yığmasının 1:0 hesabıyla qalib gəldiyi görüşdəki yeganə qolu 45+2-ci dəqiqədə məhz Mirançuk rəqib qapısından keçirib.

Qeyd edək ki, Aleksey Mirançuk 2020-ci ilin avqustundan İtaliyanın “Atalanta” klubunun uğurları üçün çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button