ABŞ səfirliyi də “Qarabağ”ı təbrik etdi

ABŞ-ın Azərbaycandakı səfirliyi Çempionlar Liqasında ötən gün “Qarabağ”ı Almaniyanın “Ayntraxt” klubu üzərində qələbəsi münasibətilə təbrik edib.

Komanda.az xəbər verir ki, sosial şəbəkədə səfirliyin yaydığı məlumatda deyilir:

“ABŞ-ın Bakıdakı Səfirliyi UEFA Çempionlar Liqası çərçivəsində keçirilən oyunda “Ayntraxt” üzərində əldə etdiyi möhtəşəm qələbə münasibətilə “Qarabağ” FK-nı təbrik edir. Qətiyyət, komanda işi və Azərbaycan futbolunun Avropa arenasında artan gücünü nümayiş etdirən əla bir çıxış. Birləşmiş Ştatlar bu il FİFA Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşarkən, bu cür anlar futbolun bütün dünyada azarkeşləri və xalqları birləşdirməyə davam etdiyini bir daha göstərir”.

Ötən gün Bakıda “Qarabağ” Almaniya klubu üzərində 3:2 hesabı ilı qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button