
“Ən önəmlisi dünya çempionatı çatanda olduğun formadır”
“Monako”nun hücumçusu Folarin Baloqun DÇ-2026-dan gözləntilərini bölüşüb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ABŞ millisinin futbolçusu turnirdə yüksək səviyyədə olmaq üçün hazırlaşdığını bildirib:
“Həmişə demişəm ki, ən önəmlisi dünya çempionatı çatanda olduğun formadır. Burada, “Monako”da, meydanda ən yaxşı oyunumu göstərməyə fokuslanmalıyam. Bu həm də mənim turnirə ən yaxşı formada çatmağım üçün vacibdir”.
2026-cı ildə keçiriləcək dünya çempionatı ABŞ, Kanada və Meksikada baş tutacaq, turnirdə ilk dəfə 48 komanda iştirak edəcək. ABŞ mundiala sonuncu dəfə 1994-cü ildə ev sahibliyi etmişdi və həmin ildə çempion Braziliya olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



