Zubir 100-ə çatdı

Abdullah Zubir “Qarabağ”ın heyətində 100-cü oyununu keçirib.

Komanda.az xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının 16-cı turuna təsadüf edib. “Sumqayıt”la səfər oyununadək (0:0) fransalı yarımmüdafiəçi 99 matçda şans qazanmışdı. 100-cü dəfə meydana çıxan futbolçunun aktivində 19 qol var. Zubir ölkə çempionatında 56 (14 qol), kubokda 8, avrokuboklarda 36 (5 qol) oyunda iştirak edib.

Zubir “Qarabağ”ın heyətində ilk oyununu 2018/19 mövsümündə keçirib. Onun debütü 2018-ci il iyulun 11-də Çempionlar Liqasının “Olimpiya” ilə Sloveniyadakı matçında (1:0) reallaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button