Abasov “Sabah”a, Hacıyev “Zirə”yə?

“Zirə”nin bu gün baş məşqçisi Samir Abasovla yollarını ayırdığını xəbər vermişdik.

Komanda.az-ın əldə etdiyi məlumata görə, Zirə təmsilçisi boş qalan baş məşqçi postuna hazırda “Səbail”in “sükanı arxasında” olan Aftandil Hacıyevi gətirə bilər. “Səbail”in maliyyə durumu ağırdır və Hacıyevin də komandadan ayrılmaqda maraqlı olduğu deyilir.

“Zirə”dən ayrılan Samir Abasov isə baş məşqçi axtarışında olan “Sabah”a keçə bilər. Əldə etdiyimiz məlumata görə, “Sabah” rəhbərliyi baş məşqçi namizədlərinin siyahısına artıq Abasovun da adını əlavə edib. Klubun tezliklə onunla danışıqlara başlayacağı gözlənilir.

“Sabah”da Elşad Əhmədovun istefasından sonra baş məşqçi postu müvəqqəti olaraq İqor Ponomaryova tapşırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button