Abakarovdan bürünc medal

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat turniri keçirilir.

Komanda.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləşçilər mübarizəyə başlayıb.

Georgi Edişeraşvili ilk mərhələdə gürcü həmkarına qalib gəlib. Təcrübəli güləşçimiz daha sonra pakistanlı rəqibini məyus edib. Yığma üzvü tacikistanlı güləşçini də böyük fərqlə məğlub edərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Monqolustan idmançısına məğlub olan Edişeraşvili Olimpiadaya lisenziya qazana bilməyib. Georgi zədələndiyi üçün bürünc medal görüşünə də çıxmayıb.

Abubakr Abakarov debütdə İstail güləşçisi üzərində inamlı qələbə qazanıb. Təmsilçimiz növbəti mərhələdə Gürcüstan pəhləvanını tam üstünlüklə sıradan çıxarıb. Qazaxıstan təmsilçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Sonuncu xal prinsipinə əsasən Abakarov adını yarımfinala yazdırıb. Slovakya təmsilçisiylə qarşılaşmada 4:0 öndə olan Abubakr sonradan təşəbbüsü əldən verərək məğlub olub. Yığma üzvü ikinci yarış günündə finlandiyalı güləşçiyə qalib gələrək bürünc medalla təsəlli tapıb.

Mübarizəyə 1/8 finaldan qoşulan Vahid Qalayev ispaniyalı idmançını vaxtından əvvəl üstələyib. Ancaq daha sonra Venesueladan olan həmkarına uduzub.

57 kq
Təsnifat: Georgi Edişeraşvili – Otari Qoqava (Gürcüstan) 4:0
1/8 final: Georgi Edişeraşvili – Məhəmməd Bilal (Pakistan) 6:2
1/4 final: Georgi Edişeraşvili – Məhəmməd İkramov (Tacikistan) 11:4
1/2 final: Georgi Edişeraşvili – Bexbayar Erdenebat (Monqolustan) 2:6
Bürünc medal görüşü: Georgi Edişeraşvili – Taras Markoviç (Ukrayna) -:+

86 kq
Təsnifat: Abubakr Abakarov – Uri Kalaşnikov (İsrail) 8:1
1/8 final: Abubakr Abakarov – Sandro Aminaşvili (Gürcüstan) 14:3
1/4 final: Abubakr Abakarov – Azamat Dauletbekov (Qazaxıstan) 2:2 1/2 final: Abubakr Abakarov – Boris Makoyev (Slovakiya) 4:4
Bürünc medal görüşü: Abubakr Abakarov – Tapani Heyno (Finlandiya) 8:3

125 kq
1/8 final: Vahid Qalayev – Xose Kuba Vaskes (İspaniya) 10:0
1/4 final: Vahid Qalayev – Xose Dias Robertti (Venesuela) 3:3*

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button