Autsayder 3-cü dəfə eyni məşqçiyə tapşırıldı

“Salernitana”nın yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisinə bundan sonra Stefano Kolantuono rəhbərlik edəcək.

61 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. O, baş məşqçi postunda cəmi 5 oyundan sonra istefaya göndərilmiş Fabio Liveranini əvəz edib.

Kolantuono 3-cü dəfə “Salernitana”ya baş məşqçi təyin olunur. O, 2017-2018 və 2021-2022-ci illərdə də bu komandaya rəhbərlik edib.

“Salernitana” A Seriyasında 29 oyuna topladığı 14 xalla sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button