A Seriyasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

“İnter”in hücumçusu Lautaro Martines İtaliya A Seriyasının 2023/2024 mövsümünün ən yaxşı oyunçusu seçilib.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya çempionatının mətbuat xidməti məlumat yayıb.

2023/2024 mövsümündə A Seriyasında argentinalı hücumçu 33 matçda iştirak edib, 24 qol vurub və 6 qolun ötürməsini verib. “İnter” də bu mövsüm İtaliya çempionu olub.

26 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı il iyunun 30-dək qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button