“Napoli” “Milan”a uduzdu, “Yuventus” tək qolla sevindi

Futbol üzrə İtaliya A Seriyasında 28-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “İnter” çempionatın autsayderi “Salernitana”nı sınağa çəkib. Bütün turnirləri nəzərə alsaq, 5 oyundur qələbə üzünə həsrət qalan “neradzurra”nın tilsimi bu oyunda qıracağı gözlənilirdi. Milan təmsilçisi sözügedən matçda 5 cavabsız qola sevinib.

Şənbə günü üç qarşılaşma baş tutub. “Udineze” doğma meydanda “Sampdoriya” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matçda meydan sahibləri qələbə qazanıblar. “Roma” “Atalanta”nı qəbul edib. Bu komandaların turnir cədvəlində bir-birinə qonşu olması oyunun intriqasını daha da artıran məqamlardan idi. Paytaxt təmsilçisi bu görüşdə minimal hesabla qalib gəlib. Səfərdə “Kalyari” ilə qarşılaşan “Latsio” isə darmadağına sevinib.

Turun əksər görüşləri sonuncu oyun gününə təsadüf edib. “Cenoa” – “Empoli” və “Bolonya” – “Torino” matçlarında qapılara qol vurulmayıb. “Fiorentina” da “Verona” ilə ev oyunundan heç-heçə ilə ayrılıb. Beş qolun qeydə alındığı “Venetsiya” – “Sassuolo” matçında isə qonaqlar darmadağına seviniblər.

“Yuventus” bu turda “Spetsiya” ilə ev oyunundan minimal hesabla qalib ayrılıb.

Bu turda əsas diqqətlər “Napoli” – “Milan” matçına yönəlib. Çempionluq uğrunda mübarizə aparan komandaların duelinə maraq böyük idi. İlk dövrədəki qarşılaşmada Neapol təmsilçisi səfərdə minimalhesablı qələbə qazanmışdı. Bu dəfə isə Milan təmsilçisi oxşar hesabla üstün olub.

İtaliya A Seriyası, 28-ci tur

4 mart

İnter – Salernitana 5:0
Qol
: L.Martines, 22; 40; 56. Dzeko, 64; 69.

5 mart

Udineze – Sampdoriya 2:1
Qol
: Deulofeu, 3. Udoqye, 12 – Kaputo, 13.

Roma – Atalanta 1:0
Qol
: T.Abraham, 32.

Kalyari – Latsio 0:3
Qol
: İmmobile, 19. L.Alberto, 42. F.Anderson, 62.

6 mart

Cenoa – Empoli 0:0

Bolonya – Torino 0:0

Venetsiya – Sassuolo 1:4
Qol
: Henri, 34 – Raspadori, 2. Berardi, 17-pen; 71-pen. Skamakka, 29-pen.

Fiorentina – Verona 1:1
Qol:
Pyontek, 10 – Kaprari, 20.

Yuventus – Spetsiya 1:0
Qol:
Morata, 21.

Napoli – Milan 0:1
Qol: Jiru, 49.

Bombardir: Duşan Vlahoviç (Yuventus) – 20 qol.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button