İtaliyada 87 illik rekord təkrarlandı

“Atalanta” İtaliya A Seriyasının 30-cu turunda “Bolonya”nı 4:1 hesabıyla məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Atalanta” bu oyunda “Yuventus”un rekordunu təkrarlayıb.

Belə ki, “Atalanta” 4 qolu da görüşün ilk 15 dəqiqəsində vurub. Sonuncu dəfə belə uğura “Yuventus” imza atmışdı. Turin təmsilçisi 87 il əvvəl, 1932-ci ildə “Roma”nı 7:1 hesabıyla məğlub etdiyi görüşdəki 4 qolu matçın ilk 15 dəqiqəsində vurmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button