A Seriyası klubunda yeni müqavilə

İtaliyanın “Sassuolo” klubu hücumçusu Cakomo Raspadori ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

20 yaşlı futbolçu ilə müddəti 2024-cü ilin yayına qədər olan yeni müqavilə imzalanıb.

Qeyd edək ki, Raspadori “Sassuolo”nun öz yetirməsidir. O, həm də İtaliyanın gənclərdən ibarət yığmasının formasını geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button