Bundesliqa klubunda yeni müqavilə
Almaniyanın “Verder” klubu futbolçusu Coşua Sarcentin müqaviləsinin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 19 yaşlı forvardla imzalanan yeni sözləşmənin detalları açıqlanmayıb.
Sarcent bu mövsüm Bundesliqada 9 qarşılaşmada iştirak edərək, 2 qol vurub. Forvard 6 dəfə də ABŞ millisinin şərəfini qoruyub. O, yığmada 2 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin