Pol Poqbada koronavirus aşkarlandı
Futbol üzrə Fransa millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Pol Poqbada koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə Fransa yığmasının baş məşqçisi Didye Deşam məlumat verib.
Onun sözlərinə görə, 27 yaşlı yarımmüdafiəçinin testi müsbət çıxıb.
Fransa yığması Millətlər Liqasında sentyabrın 5-də səfərdə İsveç millisi ilə üz-üzə gələcək. Komanda üç gün sonra Xorvatiyanı qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin