Elmar Baxşıyev: “Biz komanda olaraq çempionatın davamını istəyirik”
Azərbaycan Premyer Liqasının davam etdiriləcək hissəsinə hazırlıq çərçivəsində keçirilən “Neftçi” – “Qəbələ” yoxlama oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Komanda.az sizi 40 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
“Futbolçulardan çox razıyıq. Çünki bu ağır dönəmdə meydanda ən yaxşısını etməyə çalışırlar. Bunu məşq prosesində də hiss edirik. İnanıram ki, getdikcə komanda daha məzmunlu futbol göstərib əvvəlki oyununu qaytaracaq. Çempionatın keçirilməsinin tərəfdarıyam. İdman prinsipləri var. Hansı komanda layiqli yeri tutacaqsa, ölkəmizi avrokubokda təmsil etsin. Biz komanda olaraq çempionatın davamını istəyirik. Merab Giqaurinin yüngül zədəsi var. Risk edib onu iki matçda oynatmaq istəmədik. O, müqavilə ilə bizə məxsusdur. Qarşıdakı görüşlərdə onun köməyi dəyəcək. Oyun hər şeydən üstündür. Məşq prosesi də aparıb oyuna çıxarır. “Neftçi” iyunun 13-də oynamağı təklif etdi və bunun üzərində dayandıq”.
Bizi Facebook-da izləyin