“Mourinyo komandadan ayrılanda hamımız ağlayırdıq” – Terri
“Çelsi”nin sabiq futbolçusu Con Terri Joze Mourinyo ilə bağlı açıqlama verib.
Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, 39 yaşlı sabiq futbolçu, 2007-ci ildə Mourinyonun “Çelsi”dən ayrılması barədə danışıb:
“O, “Çelsi”də ata rolunda idi. Mourinyo komandadan ayrılanda hamımız ağlayırdıq. O, paltardəyişmə otağına gəldi və “Bu qədər, işdən qovuldum” dedi. Bu zaman hər kəs ağlamağa başladı. Joze yanımıza gəldi və bizi qucaqladı. “Bundan sonra nə edəcəyik?” deyə, düşünürdük. Klub rəhbərliyi ilə danışıb, Mourinyonun komandada qalmasını istədiyimizi dedik. Amma təəssüf ki, onlar qərarlarını vermişdilər”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin