Azərbaycan qran-prisi təxirə salındı – rəsmi

Formula 1 üzrə iyunda keçirilməsi planlaşdırılan Azərbaycan qran-prisi təxirə salınıb.

Komanda.az xəbər verir ki, buna səbəb koronavirus pandemiyasıdır. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Məlumatda bildirilib ki, yarışın təxirə salınmasında əsas məqsəd Azərbaycan xalqı ilə yanaşı, ölkəyə gələn Formula 1 azarkeşləri, komanda heyətləri və çempionatın digər iştirakçılarının sağlamlığını və rifahını qorumaqdır.

Yarış 5-7 iyun tarixlərində keçirilməli idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button