A Seriyasının klub rəhbərlərini “Titanik”dəki musiqiçilərə oxşatdı
İtaliya Futbolçular Assosiasiyasının prezidenti Damiano Tommasi A Seriyası ilə bağlı açıqlama verdi.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, assosiasiya rəhbəri, koronavirus səbəbiylə dayandırılan çempionatın ləğvinin mümkünlüyü haqqında danışıb:
“Hazırda hər şey mümkündür. Məktəblər bağlıdır, bəzi çempionatlar da ləğv edilə bilər. Bu məsələ böyük problemə çevrildi. Sanki eyni gəmidə üzürük, eyni qeyri-müəyyənliyi yaşayırıq.
A Seriyası klublarının rəhbərləri gəmi batanda çalmağa davam edən “Titanik”dəki musiqiçilər kimidir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin