Dibalaya yeni təklif
“Yuventus” futbolçusu Paulo Dibalaya yeni müqavilə təklif etməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, Turin təmsilçisi argentinalı hücumçuyla mart-aprel aylarında danışıqlar aparacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“Yuventus” Dibalaya hər mövsümə 10 milyon avro qazanacağı və müddəti 2025-ci ilin yayına qədər olan müqavilə təklif edəcək.
2015-ci ildən “Yuventus”da forma geyinən 26 yaşlı futbolçunun müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin