“Daha riskli oynamağımıza ehtiyac vardı”
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində səfərdə “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:1 hesablıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Həm bizdə, həm də rəqibdə vəziyyət çətin idi. Qış fasiləsindən sonra komandaların göstərdiyi oyun gələcəkdə yaxşı nəticələrin olacağına inam yaradırdı. Komandamın göstərdiyi futbol bizi qane edirdi. İnanırdıq ki, nə vaxtsa şans da biz tərəfdən olacaq. Sevinirik ki, istədiyimizi futbolçulardan görə bildik.
- İkinci hissədə komandaya hansısa xüsusi tapşırıqlar vardı?
- Oyunu hissələrə bölmək istəmirəm. Komandamın ilk hissədə göstərdiyi oyundan daha çox razı qaldım. İkinci hissədə daha riskli oynamağımıza ehtiyac vardı, hesabda geridə idik, futbolçuların üzərinə yük düşürdü. Onlar da bunun öhdəsindən gələ bildilər.
- Abdelrafik Jerarın oynamaması nə ilə bağlı idi?
- Məşqdə zədələnmişdi. Buna görə meydana çıxmadı.
- Bəzən bir qələbəyə ehtiyac olur ki, komanda özünə gəlsin. “Qəbələ” üçün də bu, başlanğıc ola bilər?
- Bu komandanın potensialı var. Qış fasiləsindən sonra aparıcı futbolçular komandanı tərk etdi, yeni gələn futbolçulara da vaxt lazım idi.
- Rasim Ramaldanovun vəziyyəti nə yerdədi?
- Artıq məşqlərə başlayıb, amma ona da vaxt lazımdır. 6 aydı ki, məşq etmir.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin