“Liverpul”: İkisi qayıtdı, biri qaldı
İngiltərənin “Liverpul” klubunun hücumçusu Sadio Mane zədəsini sağaldıb.
Komanda.az xəbər verir ki, Premyer Liqanın 24-cü turu çərçivəsində keçirilən “Vulverhempton”la oyunda (2:0) zədələnən seneqallı futbolçu sağalıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Çempionatda “Vest Hem” və “Sauthempton”la oyunları buraxan Mane, komanda ilə məşqlərə başlayıb.
Bundan başqa, komandanın digər zədəli futbolçusu Ceyms Milner də komandaya qoşulub. “Qırmızılar”ın baş məşqçisi Yurgen Klopp hər iki futbolçunun komanda ilə məşqlərdə iştirak etdiyini və Premyer Liqanın 26-cı turu çərçivəsində keçiriləcək “Norviç”lə oyunda iştirak edə biləcəyini deyib. Digər zədəli futbolçu Xerdan Şakiri isə hələ komandaya qoşulmayıb.
“Norviç” – “Liverpul” oyunu sabah, saat 21:30-da start götürəcək.
Bizi Facebook-da izləyin