Fırtına Premyer Liqadan da yan keçmədi
İngiltərə Premyer Liqasının 26-cı turu çərçivəsində bu gün keçirilməsi planlaşdırılan “Mançester Siti” – “Vest Hem” oyunu təxirə salınıb.
Komanda.az xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraitinin hökm sürməsidir. Bu barədə “şəhərlilər”in mətbuat xidməti məlumat yayıb.
Oyunun nə vaxta təxirə salındığı açıqlanmayıb.
Avropada hökm sürən fırtına səbəbiylə bu gün keçirilməsi planlaşdırılan Almaniya Bundesliqasında “Borussiya” (Münhenqladbax) – “Köln” oyunu və Niderland Erediviziyasının 22-ci turunun qarşılaşmaları da təxirə salınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin