“Təəssüflənirik, amma bu, futboldur” – Qvardiola
İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində “Kristal Pelas”la 2:2 hesablı bərabərliyə razılaşan “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, ispan mütəxəssis, heç-heçəylə bitən oyunla bağlı bunları deyib:
“Qarşılaşmanın çətin keçəcəyini bilirdik. Oyunda qalib gəlmək üçün hər şey etməyə çalışdıq. Hesabda geri düşsək də, toparlandıq və qalib gəlirdik, lakin son dəqiqələrdə qol buraxdıq. Təəssüflənirik, amma bu, futboldur.
Düşünürəm ki, meydanda etməyimiz lazım olan hər şeyi etdik. Çoxlu hücum etdik, künc zərbələrimiz oldu. Rəqib isə çox iş görmədi, amma bir xal qazandı. “Kristal Pelas”ın 2-3 şansı oldu və onlar bundan istifadə etdilər”.
Premyer Liqada keçirdiyi 23 turdan sonra 48 xal toplayan “Mançester Siti” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Liverpul”dan 13 xal geri qalır.
Bizi Facebook-da izləyin