“Barselona” onunla “nikah təzələyəcək”
“Barselona” futbolçusu Mark-Andre ter Ştegenlə yeni müqavilə imzalamağa hazırlaşır.
Komanda.az “sport.es” saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 27 yaşlı qapıçıyla yeni sözləşmənin şərtlərində razılığa gəlib. Ter Ştegen yaxın zamanda rəsmi müqaviləyə qol çəkəcək.
2014-cü ildən “Barselona”da forma geyinən alman qapıçının hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin