1994-cü ildən sonra ilk dəfə…
İngiltərənin “Arsenal” klubu Premyer Liqanın 14-cü turu çərçivəsində “Norviç”lə 2:2 hesablı heç-heçəyə razılaşıb.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “topçular” son 6 çempionat oyununda qələbə qazana bilməyiblər. Bu, London klubunun 1994-cü ildən bəri göstərdiyi ən pis nəticədir.
Premyer Liqada keçirdiyi 14 oyundan sonra 19 xal toplayan “Arsenal”, turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin