“Bu oyun vacibdir, amma…” – Gündoğan

İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində “Liverpul”la qarşılaşacaq “Mançester Siti”nin futbolçusu İlkay Gündoğan açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman futbolçu, bu oyunun nəticəsinin çempionluğun taleyini həll etməyəcəyini bildirib:

“Qarşıda hələ çox oyun var. Bu gün “Liverpul” qalib gəlsə, yenə insanlar 9 xallıq fərqin olduğunu deməyə başlayacaqlar. Biz qalib gəlsək, artıq insanlar keçənilki hekayəni danışmağa başlayacaqlar. Reallıq budur ki, çempionluq barədə danışmaq üçün tezdir. Bu, dünyanın ən çətin liqasıdır və qarşıda hələ 6 ay var. Mövsümün sonuna qədər bütün nəticələri proqnozlaşdırmaq mümkün deyil. Keçən mövsüm aramızdakı ümumi xal fərqi 1 oldu. Hansısa oyunun, nəticənin əhəmiyyətsiz olduğunu demək doğru olmaz. Amma “Liverpul”la oyun bu ay “Çelsi” və “Nyukasl”la keçirəcəyimiz matçlardan daha vacib deyil. Sadəcə, bu oyun diqqət mərkəzində olduğu üçün belə reaksiyalara səbəb olur.

“Liverpul” hazırda liderdir, amma azarkeşlərimiz hər mövsüm sona qədər mübarizə apardığımızı bilirlər. Bu oyun vacibdir, amma noyabr ayında heç nə bəlli olmur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button