“Hamı bu işin çətin olacağını bilirdi” – Klopp

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp Premyer Liqada keçirəcəkləri “Mançester Yunayted”lə oyundan əvvəl açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, rəqib baş məşqçi Ole-Qunnar Sulşerin üzərində təzyiqlərin olması ilə bağlı danışıb:

“Rəqib komandadakı vəziyyət barədə məlumatım yoxdur. Mətbuatın nə yazdığını əhəmiyyətli deyil, vacib olan klub rəhbərliyinin mövqeyidir. İstəyirəm ki, dünyadakı bütün məşqçilərə öz istəklərini həyata keçirmək üçün müəyyən qədər vaxt verilsin. Amma Sulşerin “Mançester Yunayted”dəki vəziyyətini mənim “Liverpul”dakı vəziyyətimlə müqayisə etmək olmaz. “Mançester Yunayted” böyük klubdur. Sulşer də indiki vəziyyətə alışmalıdır. Klubun içində şübhələr olsaydı, bu, pis olardı. Amma kənardakı söhbətlərin heç bir mənası yoxdur”.

Mütəxəssis, Sulşerin onun məsləhətinə ehtiyacı olmadığını da bildirib:

“Onun hansısa məsləhətə ehtiyacı yoxdur. Uzun müddətdir ki, bu klubdadır, komandayla bağlı hər şeyi, nə etməli olduğunu bilir. Hamı bu işin çətin olacağını bilirdi. Hər şey komandanın meydandakı işindən asılıdır”.

“Mançester Yunayted” – “Liverpul” oyunu sabah, saat 19:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button