Dibala ilə bağlı qərar verildi
İtaliyanın “Yuventus” klubu forvardı ilə bağlı qərar verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” Paulo Dibala ilə müqavilənin müddətini uzatmaq niyyətindədir. Argentinalı futbolçunun komandada qalmasını istəyən klub rəhbərliyi, növbəti həftədən etibarən onunla danışıqlara başlayacaq. Turin təmsilçisinin Dibalaya təklif edəcəyi yeni müqavilənin 2024-cü ilədək nəzərdə tutulduğu bildirilir. Onun klubla hazırkı müqaviləsi 2022-ci ilədəkdir.
2015-ci ildən “Yuventus”un şərəfini qoruyan 25 yaşlı futbolçu, cari mövsümdə iştirak etdiyi 7 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin