“Barselona”nın İngiltərədəki toplanış üçün heyəti açıqlandı – SİYAHI

“Barselona” İngiltərənin Birmingem şəhərində keçiriləcək mövsümöncəsi hazırlıq toplanışında iştirak edəcək futbolçuların siyahısını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi avqustun 3-dək məşqlərini İngiltərədə davam etdirəcək. Hans-Diter Flikin yetirmələri iyulun 31-də “Birmingem”lə yoxlama oyunu keçirəcək.

30 futbolçunun yer aldığı heyətə icarədən qayıdan qapıçı Mark-Andre ter Ştegen və klubun yeni transferi Kərim Adeyemi də daxil edilib. Əvəzində isə DÇ-2026-da iştirak edən Lamin Yamal, Pau Kubarsi, Pedri, Rafinya, Ferran Torres, Entoni Qordon kimi futbolçular siyahıda yer almayıb.

Qapıçılar: Mark-Andre ter Ştegen, Voyçex Şesnı, Aron Yakobişvili, İker Rodriges;

Müdafiəçilər: Ronald Arauxo, Ektor Fort, Aleks Balde, Alvaro Kortes, Espart, Andreas Kristensen, Jerar Martin, Jofre, Pesker;

Yarımmüdafiəçilər: Frenki de Yonq, Mark Kasado, Tommi, Brian Farinyas, İbrahim Diarra, Mark Bernal, Fermin Lopes, Orian Qoren, Gilye;

Hücumçular: Kərim Adeyemi, Abdelkərim, Oskar Gistau, Toni Fernandes, Runi Bardqi, Ebrima Tunkara, Qonsales, Klyuvert.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button