
Dambrauskas mətbuatın önünə çıxacaq
“Sabah” sabah UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “KuPS”la cavab oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, bu gün “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas mətbuat önünə çıxacaq. Litvalı mütəxəssis saat 18:30-da yerli medianın suallarını cavablandıracaq. Komandanın son məşqi konfransdan yarım saat sonra başlayacaq.
“KuPS” – “Sabah” matçı sabah “Vyare Arena” stadionunda keçiriləcək və oyuna saat 19:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



